BDU-da sosial mövzuda elmi konfrans keçirilib - FOTOLAR

BDU-da sosial mövzuda elmi konfrans keçirilib - FOTOLAR
17:39 27 Aprel 2017
110 Digər
Ölkə mətbuatı
A- A+

 

Bakı Dövlət Universitetində Müasir Azərbaycan Psixoloqları təşkilatı və Sosial elmlər və psixologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Mədəni müxtəliflik şəraitində şəxsiyyətin sosial adaptasiyası problemləri” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib. Sosial elmlər və psixologiya fakültəsinin dekanı professor Hikmət Əlizadə konfransı açaraq BDU-nun rektorunun əmri əsasında “Müasir Azərbaycan Psixoloqları” İB-nin təşəbbüsü ilə keçirildiyini bildirib: “Tələbələrin I kursdan başlayaraq elmi-tədqiqat işlərinə cəlb edilməsi əsas vəzifələrdəndir və bu konfrans da bunun əyani göstəricisidir”.

 

Müasir Azərbaycan Psixoloqları təşkilatının sədri, BDU “Psixologiya” kafedrasının müdiri, AMEA–nın müxbir üzvü, professor Bəxtiyar Əliyev də çıxış edərək, konfransın mövzusunun əhəmiyyətindən, tələbələrin elmi araşdırmalara marağın artırılmasından və bu işin gələcəkdə də davam etdirilməsinin zəruriliyindən danışıb: “Azərbaycan Psixoloqları Cəmiyyətinin fəaliyyətinin 25 illik fasilədən sonra yenidən bərpa edilməsi zamanın tələbidir. Bu cəmiyyətin fəaliyyəti imkan verəcək ki, Azərbaycanda psixologiya sahəsində həm peşəkar psixoloqların hazırlanması, həm də psixoloji xidmətin müxtəlif sahələrdə təşkili elmi əsaslarla aparılsın. Psixoloji xidmət adı altında əhaliyə göstərilən qeyri-peşəkar fəaliyyətin qarşısı alınsın. Bugünkü tələbələr elə peşəkar hazırlanmalıdırlar ki, onlar həm elmi araşdırmalar aparsınlar, həm də keyfiyyətli psixoloji xidməti həyata keçirsinlər”. Konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Ümumi psixologiya” kafe-drasının müdiri, professor Ramiz Əliyev, Azər-baycan Dillər Universitetinin “Psixologiya” ka-fedrasının müdiri dosent Ceyhun Alıyev çıxış et-dilər. Onlar burada qaldırılan məsələlərin ak-tuallığını və əhəmiyyətini qeyd etdilər. Çıxış edənlər daha sonra bildirdilər ki, psixoloq-tələbələrin ilk respublika konfransının keçirilməsi psixologiya elminin gələcək inkişafına öz töhfəsini verəcəkdir. Sonra Qaim Cəfərli “Gənclərin sosial-psixoloji adap-tasiyasının xüsusiyyətləri”, Aytən Əfəndiyeva “Zorakılığa məruz qalan şəxslərin cəmiyyətə adapta-siyasının sosial-psixoloji təhlilinə dair”, Mahirə Hüseynova “Uşaqların cəmiyyətə adaptasiyası”, İlahə Məmmədova “Övladlığa götürülən uşaqların yeni

ailəyə adaptasiyası”, Tubuxanım Həmidova “Xüsusi qay-ğıya ehtiyacı olan şəxslərin cəmiyyətə adaptasiyasının sosial-psixoloji təhlili”, Nuranə Hüseynli “Mədəni müxtəlif-lik şəraitində milli azlıqların cəmiyyətə adaptasiyası”, Əsgərli Əsmər “Yeni ailə quran gənclərin adaptasiyası məsələ-si”, Cəmilə Mirzəyeva “Yaşlıların təqaüdə adaptasiyası” mövzusunda çıxış etdilər.

Konfransın plenar iclasından sonra bölmələr üzrə tələbələrin 40 elmi məruzələri dinlənilib.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273253

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR