Roma Papası çimərlik kirayə götürdü

Roma Papası Fransisk fiziki qüsurlu insanlar üçün çimərlik kirayə götürüb.

Metbuat.az xəbər verir ki, Papa yay fəslinin yaxınlaşmasını nəzərə alaraq, belə bir xeyriyyə işinə əl atıb. O, çimərliyin 1 aylıq istifadəsinin xərclərini qarşılayacaq. Digər aylar üçün haqqı isə xeyriyyəçilərin ödəyəcəyi deyilir.

Xeyriyyə tədbirinə könüllülər də cəlb ediləcək. Çimərlikdə fiziki qüsurlu insanlar üçün sağlamlıq mərkəzi, restoran, oyun zalı, dincəlmək üçün otaqlar, soyunma otağı təşkil ediləcək. Xidmətlərdən həmin şəxslərin ailə üzvləri də yararlana biləcək.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR