Azərbaycanlılar Avropa Şurasının binası qarşısında aksiya keçirdi - GÖRÜNTÜLƏR

Azərbaycanlılar Avropa Şurasının binası qarşısında aksiya keçirdi - GÖRÜNTÜLƏR
17:49 27 Aprel 2017
41 Digər
Ölkə mətbuatı
A- A+

 

Avropada yaşayan azərbaycanlılar bu gün Strasburqda, Avropa Şurasının binasının qarşısında etiraz aksiyası keçiriblər.

 

APA-nın xəbərinə görə, Fransa, Hollandiya, Almaniya və Avropanın digər ölkələrindən gəlmiş çoxsaylı aksiya iştirakçıları AŞPA-nın Türkiyəyə qarşı qəbul etdiyi son qətnaməyə, Türkiyənin AŞPA-nın monitorinq mərhələsinə salınmasına qarşı şüarlarla çıxış ediblər. Eyni zamanda, AŞPA-nın Azərbaycan və Türkiyəyə qarşı apardığı ikili standart siyasətinə etiraz bildirilib.

 

Bundan başqa, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktına, qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulmasına göz yumduğuna görə də Avropa Şurası protest edilib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273250

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR