Azərbaycanda beynəlxalq layihəyə start verildi

Azərbaycanda beynəlxalq layihəyə start verildi
17:52 27 Aprel 2017
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Qax rayonunda Avropa Tələbə Psixoloqlar Assosasiyaları Federasiyasının 31-ci Ümumavropa Konqresi öz işinə başlayıb.

Milli.Az bildirir ki, "ASAN Könüllüləri" Təşkilatının əsas tərəfdaşlığı ilə "Gənc Psixoloqlar" İctimai Birliyi tərəfindən təşkil olunan konqresdə dünyanın 33 ölkəsindən 300 gənc iştirak edir.

Konqresin açılış mərasimində Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, Azərbaycan Respublikası Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial Innovasiyalar üzrə Dövlət Agentliyinin aparat rəhbəri Azad Cəfərli, "ASAN Könüllüləri" Gənclər Təşkilatının sədri Bəxtiyar İslamov və Gənc Psixoloqlar" İctimai Birliyinin sədri Orxan Oruczadə çıxış ediblər.

Tədbirdə qonaqlara tədbirin keçirildiyi Qax şəhəri, eləcə də ölkəmiz haqqında məlumat verilərək ölkəmizdə dünyaya örnək və nümunə ola biləcək tolerantlıq mühitinin qorunub saxlanıldığı, 31-ci konqresin multukultural dəyərləri özündə ehtiva edən Azərbaycanda keçirilməsinin sevindirici hal olduğu bildirilib.

Qeyd edək ki, 30 aprel tarixinədək davam edəcək konqresin əsas mövzusu "Humanity today" olaraq müəyyənləşdirilib. Bu başlıq altında son dövlərin ən aktual mövzuları olan müharibə və terrorların psixoloji tərəfləri, onların insan psixikasına təsiri, mədəniyyətlər arası çətinliklər, qaçqın krizislərinin psixoloji tərəfləri müzakirə olunacaq. Bundan əlavə, adı çəkilən problemlərin yaratdığı islamafobiya, milli və irqi ayrıseçkiliyin psixoloji aspektləri, multikultiralizm dəyərlərinin əhəmiyyəti və bənzər mövzular da konqresin əsas mövzularındandır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/539307.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR