ARDNF-in icraçı direktoru növbəti müddətə "Bank VTB"-nin Müşahidə Şurasına üzv seçilib

ARDNF-in icraçı direktoru növbəti müddətə "Bank VTB"-nin Müşahidə Şurasına üzv seçilib
17:57 27 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 27 aprel. REPORT.AZ/ Aprelin 26-da Rusiyanın Sankt-Peterburq şəhərində "Bank VTB" ASC-nin səhmdarlarının ümumi illik yığıncağı keçirilib. 
Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) "Report"a verilən məlumata görəı, Fondun icraçı direktoru Şahmar Mövsümov Bankın Müşahidə Şurasının üzvü kimi iclasda iştirak edib.
Yığıncaqda Bankın 2016-cı il üçün illik maliyyə hesabatlarının təsdiqi, 2016-cı ilin nəticələrinə görə mənfəətin bölüşdürülməsi, dividendlərin həcmi, ödənilmə tarixləri və forması, eləcə də Bankın Müşahidə Şurası və Audit Komissiyasının yeni tərkibi, xarici audit yoxlamasının aparılması üçün audit şirkətinin seçilməsi və Bankın nizamnaməsinə və idarə edilməsi haqqında qaydalara dəyişikliklər edilməsi barədə məsələlər müzakirə olunub.
İclasda ARDNF-in icraçı direktoru Ş.Mövsümov növbəti dövr üçün "Bank VTB" ASC-nin Müşahidə Şurasının müstəqil üzvü seçilib.
Xatırladaq ki, 2013-cü ildə ARDNF "Bank VTB" ASC tərəfindən emissiya edilmiş 500 mln. ABŞ dolları həcmində səhmləri alaraq Bankın ümumi səhm kapitalında 2,95%-lik paya sahib olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/ardnf-in-icraci-direktoru-novbeti-muddete-bank-vtb-nin-musahide-surasina-uzv-secilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR