Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışıqları

Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışıqları ənənəvi olaraq qapalı keçiriləcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, sabahkı görüşün protokol hissəsi açıq olacaq: "Nazirlərin danışıqları təbii ki, medianın iştirakı olmadan keçiriləcək. Lakin bu o demək deyil ki, danışıqlar prosesində nəsə gizli saxlanılır. O ki qaldı nazirlərin daha sonra mətbuat konfransı keçirib-keçirməyəcəklərinə, bu barədə heç nə deyə bilmərəm. Yəqin nazirlər öz aralarında razılaşandan sonra müvafiq addım atılacaq". // APA



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR