Hollandiya səfiri: "Azərbaycanla daha geniş əməkdaşlıqda maraqlıyıq"

Hollandiya səfiri: "Azərbaycanla daha geniş əməkdaşlıqda maraqlıyıq"
18:07 27 Aprel 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 27 aprel. REPORT.AZ/ "Bu il Hollandiya üçün əhəmiyyətli ildir. Bu il Azərbaycanla diplomatik əlaqələrin qurulmasının 25 illiyi qeyd olunur. Bundan başqa, bu gün kralımızın 50 yaşı tamam olur".
"Report" xəbər verir ki, bunu Hollandiyanın Azərbaycandakı səfiri Onno Kervers ölkəsinin milli bayramı - Kral günü münasibətilə təşkil edilən brifinqdə deyib.
Onun sözlərinə görə, Azərbaycanın iqtisadiyyatın qeyri-neft sektorunu inkişafı etdirmək niyyətini nəzərə alaraq, son illər ərzində ölkələr arasında əlaqələr xüsusilə kənd təsərrüfatı sahəsində güclənib. O, bu baxımdan Hollandiyanın iqtisadiyyat nazirinin Bakıya, Azərbaycanın kənd təsərrüfatı nazirinin isə Amsterdama səfər etdiyini vurğulayıb. 
Səfir bu il mayın 17-19-da Bakıda keçiriləcək Xəzər kənd təsərrüfatı sərgisində Hollandiyanın ilk dəfə tərəfdaş olacağını qeyd edib: "Bu, bir daha Azərbaycan ilə əlaqələrdə maraqlı olduğumuzu təsdiqləyir. Lakin münasibətlər yalnız kənd təsərrüfatı sahəsi ilə kifayətlənmir. Azərbaycanda müxtəlif sahələrdə Hollandiyadan bir çox şirkətlər fəaliyyət göstərir. Mədəniyyət və idman kimi sahələrdə Azərbaycanla daha geniş əməkdaşlıqda maraqlıyıq".
Ticarət dövriyyəsinin səviyyəsindən danışan O.Kervers bildirb ki, ölkələr arasındakı ticarət səviyyəsi uzun illər artıb, amma iqtisadi çətinliklər səbəbilə son illərdə bu səviyyə bir qədər aşağı düşüb: "Hollandiya həmişə Azərbaycanın ən böyük investorlardan biri olub və biz Azərbaycanın yeni inkişaf proqram sayəsində əlaqələrimizin daha da inkişaf edəcəyinə ümid edirik".

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/hollandiya-sefiri-azerbaycanla-daha-genis-emekdasliqda-maraqliyiq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR