Azərbaycan və Niderland arasında siyasi məsləhətləşmələr keçiriləcək

Azərbaycan və Niderland arasında siyasi məsləhətləşmələr keçiriləcək
18:17 27 Aprel 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 27 aprel. REPORT.AZ/ Azərbaycan və Niderland arasında bu ilin ikinci yarısında  siyasi məsləhətləşmələrin keçiriləcəyi gözlənilir.
"Report" xəbər verir ki, bu barədə brifinqdə Niderland Krallığının Azərbaycandakı səfiri Onno Kervers bildirib.
Səfir iki ölkə arasında siyasi məsləhətləşmələrin çoxdan keçirilmədiyini və hazırda Azərbaycan Xarici İşlər Nazirliyi ilə Haaqada keçiriləcək məsləhətləşmələr üçün məqbul tarixin müəyyənləşdirilməsi üzrə danışıqlar aparıldığını vurğulayıb.
O.Kervers həmçinin Niderland Senatının keçmiş sədri Rene van der Lindenin Azərbaycana səfər edəcəyini açıqlayıb. Səfirin sözlərinə görə, o, mayın 17-19-da Bakıda keçiriləcək Xəzər kənd təsərrüfatı sərgisində iştirak edəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycan-ve-niderland-arasinda-siyasi-meslehetlesmeler-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR