Azərbaycan I Divizionunda bütün medalçılar müəyyənləşib

Azərbaycan I Divizionunda bütün medalçılar müəyyənləşib
18:17 27 Aprel 2017
94 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 27 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan I Divizionunun gümüş və mükafatçıları müəyyənləşib. "Report" xəbər verir ki, bu, son turun oyunlarından sonra məlum olub. 
"Səbail" klubu "Bakılı"nı 7:1 hesabı ilə məğlub edərək, 57 xalla 2-ci yeri tutub. 3-cü pillənin taleyi isə Tovuzda və Şəmkirdə həll olunub. "Turan Tovuz" "Qaradağ Lökbatan"ı 2:1 hesabı ilə yenib. "Ağsu" isə "Şəmkir"lə qolsuz bərabərliyə qalaraq, 53 xalla 3-cü pilləyə yüksəlib. 
Beləliklə, "Turan Tovuz", "Səbail" və "Ağsu" I Divizionda ilk 3 yeri tutub. Reqlamentə əsasən, onlar gələn mövsüm Premyer Liqada iştirak hüququna yiyələniblər. 
Bu qələbə sayəsində xalını 57-ə çatdıran "Səbail" 2-ci pillənin sahibi kimi elitaya yüksəlib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-i-divizionunda-butun-medalcilar-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR