Azərbaycanın qadın güləşi üzrə yığma komandasının Avropa çempionatı üçün heyəti açıqlanıb

Azərbaycanın qadın güləşi üzrə yığma komandasının Avropa çempionatı üçün heyəti açıqlanıb
18:27 27 Aprel 2017
122 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 27 aprel. REPORT.AZ/ Mayın 2-də Serbiyanın Novi Sad şəhərində start götürəcək Avropa çempionatı üçün Azərbaycanın qadın güləşi üzrə yığma komandasının heyəti açıqlanıb. "Report"un Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, altı gün davam edəcək yarışa 7 idmançı yollanacaq.
Baş məşqçi Semyon Çterev və böyük məşqçi Aslan Ağayevin rəhbərliyi altında Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Alyona Kolesnik (55 kq), Nataliya Sinişin (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) çıxış edəcək.
Hazırda yığma üzvləri Kiyevdəki Konça Zaspa təlim-məşq bazasında Ukrayna güləşçiləri ilə birgə təlim-məşq toplanışındadırlar.
Proqrama əsasən, ilk yarış günündə 57 və 86 kq sərbəst, 48 və 63 kq qadın güləşçilər yarışacaq. Mayın 3-də 65 və 97 kq sərbəst, 53 və 60 kq qadın güləşçilər, mayın 4-də 61 və 74 kq sərbəst, 55 və 75 kq qadın güləşçilər mübarizə aparacaq. 70 və 125 kq sərbəst, 58 və 69 kq qadın güləşçilər isə mayın 5-də qüvvələrini sınayacaq.
Görüşlərin idarə edilməsində Azərbaycanı I-S kateqoriyalı hakim Hicran Şərifov təmsil edəcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycanin-qadin-gulesi-uzre-yigma-komandasinin-avropa-cempionati-ucun-heyeti-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR