Dağlıq Şirvanda sahibkarlara 1,5 mln. manat güzəştli kredit verilib

Dağlıq Şirvanda sahibkarlara 1,5 mln. manat güzəştli kredit verilib
19:02 27 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 27 aprel. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) bu gün sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair Qobustan rayonunun Mərəzə qəsəbəsində işgüzar forum keçirib.
İqtisadiyyat Nazirliyindən "Report"a verilən xəbərə görə, forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan cins heyvandarlıq, üzümçülük, arıçılıq və bağçılıq təsərrüfatlarının, süd emalı və corab istehsalı müəssisələrinin yaradılmasıüzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli krediti hesabına maliyyələşdiriləcəyi bildirilib.
SKMF-nın icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən dövründə fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 200-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 25 mln. manat güzəştli kredit verilib: "Bu investisiya layihələrinin reallaşdırılması 700-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1900-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 69,1 mln. manat güzəştli kredit verilib".
İşgüzar forum çərçivəsində Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 1,5 mln. manat güzəştli kredit verilib. Bu kreditlər əsasən heyvandarlıq, quşçuluq, müalicə-sağlamlıq kompleksinin inşası və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 100-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Qobustanda güzəştli kredit ayrılan heyvandarlıq təsərrüfatına baxış keçirilib.


Xəbərin orijinal ünvanı: https://report.az/biznes/dagliq-sirvanda-sahibkarlara-1-5-mln-manat-guzestli-kredit-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR