"Azərbaycanla Aİ arasında danışıqların nəticələrini gözləmək hələ tezdir"

19:05 27 Aprel 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında danışıqlar bu həftə başlayıb və hər hansısa nəticələri gözləmək hələ tezdir".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Niderlandın Azərbaycandakı səfiri Onno Kerversin bildirib.

Diplomat qeyd edib ki, Niderland bu danışıqlara müsbət yanaşır: "Azərbaycan Aİ ilə strateji tərəfdaşlıqda iradəlidir. Hesab edirik ki, Azərbaycan Aİ-nin vacib tərəfdaşı olduğu kimi, Aİ də Azərbaycan üçün mühüm tərəfdaşdır".

Səfir bildirib ki, danışıqlar müəyyən mandat çərçivəsində davam etdirilir. Həmin mandatın formalaşmasında Niderlandın da töhfəsi olub. Onun sözlərinə görə, danışıqlar davam etdikcə ayrı-ayrı ölkələr öz təklifini verə bilər.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/539402.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR