Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksləri ala bilər

Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksləri ala bilər
19:22 27 Aprel 2017
84 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 27 aprel. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçiriləcək görüş zamanı Ankaraya Rusiya istehsalı olan S-400 zenit-raket komplekslərinin göndərilməsi məsələsi müzakirə oluna bilər.
"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"İki liderin görüşü zamanı S-400 zenit-raket komplekslərinin Türkiyəyə göndərilməsi məsələsinin müzakirə ediləcəkmi" sualına D.Peskov "ola bilər" cavabını verib. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiye-rusiyadan-s-400-zenit-raket-kompleksleri-ala-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR