Şimali Koreyadan qurtulmaq istəyənlər bizə sığınsın -

Cənubi Koreya Respublikasının impiçmentlə vəzifəsindən uzaqlaşdırılan sabiq prezidenti Pak Kın He Koreya Xalq Demokratik Respublikasına (KXDR) müraciət ünvanlayıb.

Metbuat.az-ın məlumatına görə, 65 yaşlı siyasətçi şimali koreyalıların qurtuluş yolunu hazırkı lider Kim Çen Ina qarşı çıxmaqda görür. Pak Kın He hətta zülmdən xilas olmaq istəyən KXDR əhalisinin Cənubi Koreyaya sığına biləcəyini də vurğulayıb.

Şimali Koreyanın Pak Kın Heyə cavabı gecikməyib. Yerli qəzetlərdən birində dərc olunan məqalədə Cənubi Koreyanın keçmiş lideri "yaşlı sürtük" kimi təsvir olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR