Homoseksualları "müalicə" etmək istəyən gizli klinikalar - Dəhşətli görüntülər - FOTO

19:37 27 Aprel 2017
80 Dünya
Ölkə mətbuatı
A- A+

"Bir neçə il əvvəl dostumdan eşitdim ki, homoseksualları cinsi davranışlarla dəyişdirmək üçün onlara zor tətbiq edən gizli klinikalar var. Bunlar təkcə Ekvadorda deyil, Cənubi Amerika ölkələrində, hətta Avropada da da var",

Milli.Az axşam.az-a istinadən bildirir ki,  bunları ekvadorlu fotoqraf Paola Paredes "Until You Change" ("Sən dəyişənə qədər") adlı layihəsi haqqında danışarkən deyib.

Paola 6 ay ərzində belə klinikalarda olmuş insanları axtarıb və hətta onlardan biri ilə ünsiyyət qurub. O, eyni zamanda həmin klinikalardan birinə qohumuna baş çəkmək bəhanəsi ilə daxil olaraq oradakı dəhşəti görüb.

Fotoqraf həmin dəhşətləri ictimaiyyətə çatdırmaq üçün foto-layihə etmək qərarına gəlir. Fotosessiyada isə gördüklərini və eşitdiklərini canlandırmaq üçün peşəkar aktyorlardan istifadə edib.

P.Paredes bildirib ki, Ekvadorda çoxlu valideynlər, xüsusilə də kənd sakinləri övladlarının qeyri-ənənəvi cinsi orientasiyasının olduğunu öyrənəndə bu klinikaların xidmətindən istifadə etməyə üstünlük verirlər. 

Qeyd edək ki, Amerika Psixiatriya Assosiasiyası 1973-cü ildə rəsmi olaraq homoseksuallığı psixi xəstəliklər siyahısından çıxarıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/539264.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR