Atasına zəng edib "10 dəqiqəyə gəlirəm" dedi, cəsədi tapıldı - VİDEO - FOTO

19:42 27 Aprel 2017
61 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Yalova rayonunda avtomobilin vurduğu gənc dünyasını dəyişib. 

Osman Yazıcı adlı gənc qəza zamanı ağır yaralanıb. Sürücü isə yaralı gənci yol kənarındakı bir əraziyə atdıqdan sonra, avtomobilini də hadisə yerində qoyaraq qaçıb. Gəncin cəsədi səhər saatlarında yaxınları tərəfindən tapılıb.

Milli.Az haberler-ə istinadən xəbər verir ki, Osman Yazıcının qəzadan bir neçə dəqiqə əvvəl, ona görə narahat olan atasına zəng edib:  "Evə yaxınam. 10 dəqiqəyə gəlirəm" , - dediyi məlum olub. Ancaq oğlunun zəngindən bir saat keçməsinə baxmayaraq evə gəlmədiyi üçün çölə çıxan ata Rızman Yazıçı onu tapa bilməyib. Gəncin telefonu da zənglərə cavab verməyib. Səhərə yaxın qohumları ilə birlikdə oğlunu axtarışa çıxan ata Rızman Yazıçı Osmanın evlərinin yaxınındakı bir əraziyə atılmış cəsədi ilə qarşılaşıb. Cəsədin yaxınlığında isə əzilmiş və kimsəsiz bir avtomobil tapılıb. 

Polislər avtomobilin sürücüsünü axtarır.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Atasına zəng edib


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/539383.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR