Ağdaşda süni balıq gölü sakinlər tərəfindən DAĞIDILDI

20:05 27 Aprel 2017
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdaş rayonunda sünü balıq gölü sakinlər tərəfindən dağıdılıb. 

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə rayonun Avad kəndi ərazisində qeydə alınıb. 
Belə ki, yerli sakinlər həmin kəndin ərazisində yerləşən süni balıq gölünü dağıdaraq suyunu və balıqlarını Kür çayına axıdıblar. 

Sakinlər bildiriblər ki, süni balıq gölü kənd qəbiristanlığının yanında yerləşdiyindən nohurdan sızan sular qəbir yerlərinə dolaraq ziyan verməklə yanaşı, ərazidə bataqlıq əmələ gətirir.  

Bununla bağlə dəfələrlə adiyyəti qurumlara müraciət etdiklərini deyən sakinlər süni balıq gölünün Ağdaş Rayon İcra Hakimiyyətinin (RİH) başçsının müavini Əsgərxan Həsənovun himayəsində olduğundan dağıdılması barədə qərar çıxarılmadığını söyləyiblər.

RİH-in Avad kənd ərazi icra nümayəndəsi Lətif Mustafayev "Report"un bildirib ki, süni göl sakinlər tərəfindən dağıdıldıqdan sonra fəaliyyəti dayandırılıb: "Kənd sakinləri kütləvi şəkildə süni gölü dağıdıblar. Süni göl dağıdıldıqdan sonra bərpa edilməyib. Bu göl kənd sakini Abduləli Kərimovun adına rəsmiləşdirilib. Gölün kimin himayəsində olması ilə bağlı sualı isə A.Kərimovun özünə versəniz, daha yaxşı olar". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/539410.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR