Bu məşhurlar bir-biri ilə ailə qurub - SİYAHI - FOTO

20:17 27 Aprel 2017
231 Şou
Ölkə mətbuatı
A- A+

Sənət aləmində bəzi tanınmış simalar var ki, onlar bir-biri ilə ailə qurublar. 

Milli.Az axşam.az-a istinadən tanınmış cütlüklərin siyahısını təqdim edir:

Müğənni Elton Hüseynəliyev tanınmış prodüser Tamilla Hüseynəliyeva ilə ailəlidir. 

Əməkdar artist Ayşad Məmmədov aktrisa İlqarə Tosova ilə ailə qurub.

Aparıcı Xoşqədəm Hidayətqızı türkiyəli müğənni Doğuşa ərə gedib. 

Müğənni Musa Musayevlə Təranə Qumral da məşhur cütlüklər sırasındadır. 

Aparıcı Zaur Baxşəliyev həmkarı Günayla evlidir. 

Aktyor Hüseyn Əlili iki dəfə ailə qurub. Onun ilk xanımı aktrisa Ülviyyə Əliyeva olub. İndi isə H.Əlili aktrisa Gültac Əlili ilə ailəlidir. 

"Eurovision" təmsilçilərimizdən olan Aysel Teymurzadə filarmoniyanın direktoru, pianoçu Murad Adıgözəlzadəyə ərə gedib.

Rejissor Kənan M.M. müğənni Aygün Şükürova ilə evlənib. 

Xalq artisti Brilliant Dadaşova Rus Dram teatrının direktoru Ədalət Hacıyevlə ailəlidir. 

Əməkdar artist Elçin Əzizov rəssam Həmidə Məlikova ilə ailəlidir. H. Məlikova eyni zamanda Cəlil Məmmədquluzadənin nəticəısidir. 

Əməkdar artist Yusif Eyvazov Rusiyanın opera ifaçısı Anna Netrekovla evlənib. 

Prodüser Anar Mədətovla həmkarı Elnurə Mədətova ilə ailəlidir. 

ATV-nin keçmiş aparıcıları Aytən Əliyeva və Natiq Əliyev də tanınmış cütlüklərdəndir. 

İdmançı Kamil Zeynallı müğənni Gülay Zeynallı ilə evlənib. 

Aparıcı Emil Şahzadə həmkarı Könül Şahzadə ilə ailəlidir. 

Müğənni Elvin Abdullayev "Xalq ulduzu"nun aparıcısı Afət Abdullayeva ilə evlidir. 

Əməkdar artist Dilarə Əliyeva "Soy" prodakşının rəhbəri Oktay Əliyevə ərə gedib. 

Aparıcı Turan İbrahimov vizajist Nərmin İbrahimova ilə evlidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/539365.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR