Azərbaycanda yeni zavod TİKİLİR

20:22 27 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) karbamid zavodunun tikintisi üzrə işlər 94,8 faiz başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu zavodun direktoru Xəyal Cəfərov deyib.

Onun sözlərinə görə, bütün işlərin bu ilin sonunadək başa çatdırılması planlaşdırılır.

O qeyd edib ki, zavod ildə 650-660 min ton karbamid istehsal edəcək və onun 150-200 min tonu daxili bazara yönəldiləcək. Məhsulun qalan hissəsi Türkiyə, Gürcüstan, eləcə də Qara dəniz və Aralıq dənizi regionu ölkələrinə ixrac olunacaq.

Bundan başqa, X.Cəfərov qeyd edib ki, Azərbaycanda karbamid zavodunun tikintisinə baxmayaraq, Gürcüstanda da karbamid zavodunun tikilməsi məsələsi gündəmdən düşməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/539412.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR