IV İslam Həmrəyliyi Oyunlarının gimnastika növlərinin püşkatma mərasimi keçirildi - FOTO

20:57 27 Aprel 2017
92 İdman
Ölkə mətbuatı
A- A+

Bakıda IV İslam Həmrəyliyi Oyunlarının gimnastika növlərinin püşkatma mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, püşkatama mərasimi İslam Həmrəyliyi Oyunlarının Təkilat Komitəsinin nümayəndələri, baş məşqçilər və mətbuatın iştirakı ilə keçirilib.

Mərasimə Azərbaycan Gimnastika Federasiyasının Baş Katibi Fərid Qayıbov rəhbərlik edib.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarında idman gimnastikası üzrə yarışlar mayın 13-də başlayacaq və 3 gün davam edəcək. Yarışlarda 13 ölkədən 29 idmançı çıxış edəcək. Azərbaycan komandası Özbəkistan, Əfqanıstan və İndoneziya təmsilçiləri ilə ilk altqrupda çıxış edəcək.

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/539418.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR