Sürücülərin nəzərinə: “Beş mərtəbə” dairəsi ləğv olundu - VİDEO

21:12 27 Aprel 2017
199 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtın ''beş mərtəbə'' kimi tanınan dairəsi bu gündən ləğv edilib. Bu dairənində qış parkına birləşdiriləcəyi və Sovetskidən Heydər Əliyev Sarayının arxasına kimi böyük bir parkın salınacağı bildirilir. Bu dəyişiklik isə sürücülərin yolunun uzanmasına səbəb olacaq.

Sovetskidə aparılan yenidən qurma işləri Füzuli meydanındakı dairəyə çatıb. Bu gündən etibarən dairə bağlanılıb və avtomobillərin hərəkət istiqaməti dəyişdirilib.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, sabahdan etibarən dairənin bağlanmış hissəsində parkın salınmasına başlanılacaq . Sovetski kimi tanınan ərazidə işlər yekunlaşdıqdan sonra bu dairənin digər hissəsidə bağlanılacaq, qış parkı ilə Azdramanın arxasında salınacaq park birləşdiriləcək.
İstiqamətin dəyişdirilməsi səbəbi ilə ərazidə sıxlıq yaranıb ki, bu da sürücülərin narazılığına səbəb olub.
Qeyd edək ki, yenidən qurulan Mirzəağa Əliyev və yeni salınan Füzuli küçəsinin davamındakı işlər də yekunlaşmaq üzərədir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Нажмите на видео для просмотра:
Sürücülərin nəzərinə: "Beş mərtəbə" dairəsi ləğv olundu


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/539422.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR