Bankların kaprizlərinə dözməkdən qurtuluruq

21:17 27 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Azərbaycanda yeni lisenziyalaşdırılan fəaliyyət növü - valyuta mübadiləsi fəaliyyətinin yaradılması məqsədi ilə "Valyuta tənzimi haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi hazırlanıb. Qanun layihəsinə əsasən, lisenziya almış rezident hüquqi və fiziki şəxslər, qeyri-rezident hüquqi şəxslərin filialları valyuta mübadiləsi fəaliyyəti göstərə biləcəklər.

Milli.Az sputnik.az-a istinadən bildirir ki, sosial şəbəkə istifadəçilərinə "Exchange"-lərin (valyuta dəyişmə məntəqələrinin) yenidən fəaliyyətə başlamasına necə baxırsınız?", "Exchange"-lərin yoxluğu nəyi dəyişmişdi?" sualları ilə müraciət  edilibb.

Bəxtiyar Hacıyev: "Fərqi o olacaq ki, daha dollar dəyişmək üçün banklara gedib növbə gözləməyəcəyik". Könül Cəfərzadə: "Banklar müştəriləri bezdirirdi, pul xirdalamaq üçün şəhərin bu başından o biri başına getmək lazım olurdu. "Exchange"-lərin olması rahatlıqdır".

Faiq Mahmudov: "Olmayan pulumuzla dollar almaq üçün banklarda saatlarla gözlədikdən sonra "dollarımız qurtarıb" sözünü eşitməkdən canımız qurtaracaq".

Murad Həsənzadə: "Exchange"-lər açılsa, valyuta bazarında canlanma olacaq, pul dövriyyəsi çoxalacaq, əhali banklardan dollar alanda rastlaşdığı əngəllərə rast gəlməyəcək, turistlər həftəsonu da valyuta dəyişə biləcək".

Orxan Kərimov: "Exchange"-lərin birdən bağlanması insanlarda xof yaranmışdı. Fikirləşirdilər ki, bəlkə bu yolla dollara olan istəyi azaltmış olarlar. Lakin "exchange"-lərin bağlanması hər şeyin tərsini göstərdi. Fikrimcə, düşünülməmiş bir addım idi".

Qurbanəli Ömər: "Ölkədə onlayn banklar və onlayn "exchange"-lər, iri onlayn ticarət və biznes şirkətləri yaradılmalıdır. Bizimlə eyni ildə müstəqillik əldə edən Ukrayna bu sektorda inkişafına görə hazırda dünya ikinci yerdədir". Səbinə Kazımova: "Məncə "exchange"-lərin olması mütləqdir. İnsanların rahatlığını təmin edir. Bankların kassa xidməti saat 17:00, maksimum 17:30-dək fəaliyyət göstərir. Turistlərin ölkəyə tez- tez axınını nəzərə almalıyıq. Onlar axşam 18:00-dan sonra valyuta dəyişmək üçün nə etməlidirlər?" Şəlalə Nəriman: "Məncə, olmalıdır, mən dolları xırdalamaq istəyəndə yer tapa bilmirəm".

Read more: https://sputnik.az/life/20170427/410015133/banklarin-kaprizlerine-dozmekden-qurtuluruq.html

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/539425.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR