Bu qidalar beyinə zərər verir

21:22 27 Aprel 2017
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Tez bişirilən qəlyanaltı (Fast food): Monreal Universitetində aparılan bir araşdırma qəlyanaltı məhsullarının beynin kimyasını dəyişdirdiyi müəyyən edilib. Bu da depressiya və narahatlıq problemlərinə gətirib çıxardır. Qəlyanaltı məhsullarının içindəki qatqı maddələrinin öyrənmə pozğunluğu, motivasiya çatışmazlığı və yaddaş zəifliyinə də yol açdığı sübut edilmişdir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, qızarmış yeməklər: Bütün qızarmış yeməklərə kimyəvi maddələr, qatqı maddələri, süni dadlandırıcılar və qoruyucular daxildir. Bunlar həm uşaqlarda, həm yetkin insanlarda ciddi beyin zədələrinə gətirib çıxarır. Qızarmış qidalar beyin sinirlərini zədələyir.
 
Çox duzlu qidalar: Duzun ürəyə zərər verdiyini hər kəs bilir. Zəkaya da təsir etdiyi isbat edilmişdir. Bilinməyən şey isə, duzun tərkibindəki sıx natrium beynə də zərərlidir və düşünmə qabiliyyətini zəiflədir. Bu səbəbdən çox duzlu yeməklərdən uzaq durmaq lazımdır.
Nikotin: Nikotinin zərərlərini saymaqla bitməz. Bədənin ən əhəmiyyətli orqanı olan beyinə qan getməsinin qarşısını alır. Qan getməzsə, oksigen də getməz. Bu da beynin yavaş-yavaş ölməsinə gətirib çıxarar. Kapilyar damarları tıxandığı üçün beyin öz funksiyalarını itirir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/538620.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR