Bakı-2017:

Basketbolun 3x3 növü üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının IV İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlanıb.

Metbuat.az-ın məlumatına görə, baş məşqçi Samit Nuruzadə Bakıda keçiriləcək yarışda Amil Həmzəyev, Zaur Paşayev, David Barbakadze və Marşall Mozesə şans verəcək.

Qeyd edək ki, “Bakı-2017”də “A” qrupunda mübarizə aparacaq Azərbaycan millisi Türkiyə, Türkmənistan, Səudiyyə Ərəbistanı və Pakistan yığmaları ilə qarşılaşacaq.

Bu idman növü üzrə ümumilikdə 20 komanda (10 qadın, 10 kişi) yarışlara qatılacaq. Yarışlar mayın 18-21-də 1500 nəfər tamaşaçı tutumuna malik “Basketbol Arena”da keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR