Dəfnə yarpağı çayının faydaları nələrdir?

22:22 27 Aprel 2017
147 Ölkə
Ölkə mətbuatı
A- A+

Ürək sağlamlığı: Kafein turşusu ürək sağlamlığı üçün olduqca əhəmiyyətli bir təbii komponentdir. Dəfnə bu turşunu özündə daşıyır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, kafein turşusu ürəkdəki kapilyar divarlarına kömək edərkən zərərli xolesterolun aradan qaldırılmasına da köməkçi olur.

Xərçəngə qarşı: Dəfnədəki linalol və partenolit kimi bənzərsiz antioksidant kombinasiyası və üzvi birləşmələr bədəni təhlükələrdən qorumağa kömək edir. Xüsusilə xərçəngli hüceyrələrin əngəllənməsini təmin edir.

Stress və narahatlığa qarşı: Dəfnənin az tanınan xüsusiyyətlərindən biri sakitləşdirici təsirə malik olmasıdır. Linalolun ümumiyyətlə kəklikotu​ və reyhanda zəngin olduğu məlumdur, ancaq dəfnədə də bol miqdarda var və bu aromaterapiya xüsusiyyəti bədəndəki stress hormonlarının səviyyəsini aşağı salmağa kömək edir. Dəfnə stressə qarşı olduqca xeyirlidir və böyük narahatlıqları belə aradan qaldıraraq insanı rahatlaşdıra bilər.

Diabetə qarşı: Dəfnə insulin funksiyası və qan şəkərini nizamlanmasını təmin edir. Diabet xəstələri və inkişaf etməkdə olan diabet riski üçün nizamlı olaraq dəfnə istehlak etmək çox faydalıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/538621.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR