Bakıda motosikletlə vurularaq öldürülən piyadanın şəxsiyyəti müəyyənləşib

Bakıda motosikletlə vurularaq öldürülən piyadanın şəxsiyyəti müəyyənləşib
22:27 27 Aprel 2017
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 27 aprel. REPORT.AZ/ Bakıda Bakıda motosikletlə vurularaq öldürülən piyadanın şəxsiyyəti müəyyənləşib.
"Report" xəbər verir ki, bu, 1979-cu il təvəllüdlü Hüseynov Hüseyn Ağamehdi oğludur.
Hadisə aprelin 24-də Yasamal rayonunda baş verib. 1992-ci il təvəllüdlü Rüstəmov Elvin Əliağa oğlu idarə etdiyi "10-B-695" dövlət qeydiyyat nişanlı, "Yamaha" markalı motosikletlə İnşaatçılar prospektində yüksək sürətlə hərəkətdə olarkən piyada keçidindən keçən H.Hüseynovu vurub. Nəticədə həm piyada, həm də motosikletin sürücüsü E.Rüstəmov ağır xəsarət alıb. Onların hər ikisi xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, piyadanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.







Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-motosikletle-vurularaq-oldurulen-piyadanin-sexsiyyeti-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR