Cavan insanların​ qanı yaşlılığa qarşı istifadə oluna bilər

22:52 27 Aprel 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Elm adamları, yaşlılardakı yaddaş itkisi kimi əlamətlərin kordon qanında olan bu zülal sayəsində sağalacağını açıqladı.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, gənc qanın yaddaş itkisi, əzələ və maddələr mübadiləsinin düzgün işləməməsi, sümük əriməsi kimi yaşlılıq təsirlərini tərsinə çevirmə xüsusiyyətinin araşdırıldığı son tədqiqatların nəticələri bəlli oldu. Tədqiqatı ictimaiyyətə təqdim edən elm adamları, ilk dəfə insan qanında olan bir zülalın qocalmanın yaratdığı mənfi təsirləri azaltmaqda istifadə edilə biləcəyini söylədilər. Araşdırmaçılar, indiyə qədər yaşlılığa qarşı edilən qan köçürmə ilə cavanlaşma araşdırmalarının yalnız gənc siçanlardan yaşlı siçanlara və gənc insanlardan yaşlı insanlara edildiyini bildirdi.
Tədqiqatda, kordon qanı plazmasında olan 66 növ zülal təyin olunaraq, onların təsirləri siçanların üzərində müşahidə edildi. Qrup yalnız bir zülalın, TIMP2-39-un siçanlardakı beyin funksiyasını artırdığını müşahidə etdi.
Araşdırmaçılar, siçanlardakı bu beyin funksiyası inkişafıyla TIMP2-39 zülalının əlaqəsinin araşdırıldığını söylədi.
 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/538626.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR