Qəhqəhə ilə gülmək olar?

22:57 27 Aprel 2017
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Gülmək insan təbiətinə məxsus olan hallardandır. Bilək ki, bəyənilən gülmək vardır və bəyənilməyən gülmək vardır.

Dinimizin nəzərinə görə, mömin gülərüz olmalıdır. Belə ki, Əmirəl-möminin (ə) buyurur: "Mömin şad və gülərüzdür".
Bu arifanə şadlıq o zaman hasil olar ki, insan tövhid məqsədinə çatar. Onu yersiz gülmək və qəhqəhə ilə müqayisə etmək olmaz.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, dinimiz qəhqəhə ilə gülməyi bəyənmir. Çünki qəhqəhə insanı hikmət və vüqardan xaric edər və vahimə qüvvəsini gücləndirər. İnsan ruhunu puç şeylərlə məşğul olmağa həvəsləndirər. Ona görə də İmam Sadiq (ə) buyurur: "Gülməyini azalt, çünki çox gülmək qəlbi öldürər".
O zaman ki, qəlb ölər - varlıq aləminin ali mənalarını dərk edə bilməz və məna aləminə seyrindən gedi qalar. İmam Sadiq (ə) buyurur: "Çoxlu gülmək dini məhv edər , necə ki, su duzu məhv edər". (Tebyan)
İmam Kazım (ə) buyurur: "Qəhqəhə çəkən zaman özünə gələn kimi de: "Allahım, mənə qəzəblənmə"".
İmam (ə) bu nurani kəlamı ilə işarə edir ki, insan o zaman ki, qəhqəhə vadisinə düşər, şeytan onun ruh və canını ələ alar. Özünə gələn kimi əvvəlki halından razı qalmaz. Nigaran olar ki, yəqin ki, Allah ona qəzəblənmişdir.
İnsan hər bir şeydə etidala riayət etdiyi kimi, gülməyində də mötədil olmalıdır. Əks halda onu şeytanın (lən) tələsinə sala bilər.
O zaman ki, həyatda hədəf əyləncə və yersiz zarafatlar olar, bütün insanlığın səyi məhz bu yolda olar. Yəni, insanı güldürmək və əyləndirmək. Bu da bir cəmiyyəti məhvə aparar və ona ziyandan başqa bir şey verməz.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/538629.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR