Fransada bir ailə lotoreyada 83 milyondan çox pul udub

Fransada bir ailə lotoreyada 83 milyondan çox pul udub
23:17 27 Aprel 2017
105 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bakı. 27 aprel. REPORT.AZ/ Fransanın Dijon şəhərindən olan ailə "EuroMillions" lotoreyasında supercekpotu udaraq 2,5 avroluq bilet müqabilində 83,4 milyon avro qazanıb.
"Report" xəbər verir ki, bu barədə "Parisien" qəzeti yazıb.
Onların uduş şansı 116 milyonda 1 olsa da, bu ailənin külli miqdarda pul qazanmasına mane olmayıb. Qalib öz adını açıqlamaqdan çəkinməyib və gələcək planları barədə də məlumat verib. Ailə üzvləri artıq milyonçu olsalar da, işləməyi davam etdirəcəklərini bəyan ediblər.

Xəbərin orijinal ünvanı: https://report.az/maraqli/fransada-bir-aile-lotoreyada-83-milyondan-cox-pul-udub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR