Şəhriyar Məmmədyarov Vladimir Kramniki qara fiqurlarla məğlub edib

Şəhriyar Məmmədyarov Vladimir Kramniki qara fiqurlarla məğlub edib
23:22 27 Aprel 2017
82 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 27 aprel. REPORT.AZ/ Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2017" turnirində VI tura yekun vurulub.
"Report"un məlumatına görə, Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov rusiyalı keçmiş dünya çempionu Vladimir Kramniki qara fiqurlarla məğlub edib.
Altı saat 22 dəqiqə davam etmiş görüşdə Kramnik 70-ci gedişdən sonra təslim olub.
Teymur Rəcəbov isə qara fiqurlarla polşalı Radoslav Voytaşeklə heç-heçə edib. Digər görüşlərdə ingiltərəli Maykl Adams hindistanlı Pentala Harikrişna ilə xalları yarı bölübsə, bolqarıstanlı Veselin Topalov ukraynalı Pavel Elyanovu, ABŞ təmsilçisi Uesli So rusiyalı Sergey Karyakini yenib.
Beləliklə, sona 3 tur qalmış Məmmədyarov xallarını 4,5-ə çatdıraraq, liderliyini davam etdirir. Topalov, So və Adams hərəyə 3,5 xalla, Elyanov 3 xalla, Kramnik, Karyakin, Rəcəbov və Voytaşek hərəyə 2,5 xalla, Harikrişna isə 2 xalla sonrakı yerlərdə qərarlaşıb.
VII turda Məmmədyarov - Adams, Elyanov - So, Rəcəbov - Topalov, Karyakin - Kramnik və Harikrişna - Voytaşek görüşləri keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/sehriyar-memmedyarov-vladimir-kramniki-qara-fiqurlarla-meglub-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR