"Turan Tovuz"a çempionluq kuboku təqdim olundu -

Futbol üzrə Azərbaycan I Divizionunun 2016/2017-ci illər mövsümünün qalibi olan “Turan Tovuz”a qızıl medallar və çempionluq kuboku təqdim olunub.

Metbuat.az-ın məlumatına görə, I Divizionun bu gün keçirilən “Turan Tovuz” – “Qaradağ Lökbatan” oyunundan sonra mükafatlandırma mərasimi təşkil edilib.

Çempion komandaya medalları və kuboku Peşəkar Futbol Liqasının direktoru Məlik Həsənov, eləcə də veteran futbolçular, AFFA İcraiyyə Komitəsinin üzvləri Vaqif Sadıqov və İsgəndər Cavadov təqdim ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR