Göbələk antibiotik müqavimətinə çıxış yolu ola bilər

23:52 27 Aprel 2017
85 Ölkə
Ölkə mətbuatı
A- A+

24 göbələk növü üzərində araşdırma aparan elm adamları, göbələklərin ehtiva etdiyi bio-faktor maddələrini hasil edən mindən çox gen yolunun varlığını müəyyən etdi.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bundan irəli gələrək daha güclü dərmanlar təbii üsulla istehsal edilə və antibiotik müqaviməti problemi həll edilə bilər.
Elm adamları, göbələklərin DNT-si üzərində etdikləri tədqiqatda antibiotik dərmanları​nın istehsalında istifadə edilə bilən çox sayda bio-faktor maddənin istehsal yolunu kəşf etdi.
İsveç Kalmers Texnologiya Universitetinin​ araşdırmaçıları, 90-dan çox nümunədə, bio-faktor maddənin istehsalını təmin edən geni çox geniş araşdırdılar.
Nəticədə, bu gen sayəsində müxtəlif dərmanlar hazırlanacaq. Həmin dərmanlar antibiotik maddələrin yaratdığı mənfi təsirləri aradan qaldıracaq və sağlamlığımızı qoruyacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/538627.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR