Smartfonlar ailə xoşbəxtliyinə mənfi təsir edir

00:27 28 Aprel 2017
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Valideynlərin ifrat səviyyədə mobil telefonundan istifadə etməsi ailə həyatına mənfi təsir etdiyi bildirilib.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Böyük Brityaniyada Rəqəmsal Şüur təşkilatının keçirdiyi bir ictimai sorğuda iştirak edən 11-18 yaşları arasındakı 2 min uşağın 14%-i ana və ya atalarının yemək vaxtı mobil telefonları ilə məşğul olduğunu bildirib.
 
Ancaq sorğu çərçivəsində sual yönəldilən 3 min ana və atanın 95%-i axşam yeməyi vaxtı telefonların istifadə etdiklərini imtina ediblər.
 
Araşdırmada iştirak edən tələbələrin 82%-i yemək vaxtı mobil telefonlarından istifadə edilməməli olduğunu söyləsə də, 22%-i mobil telefonları səbəbilə ailə olaraq gözəl vaxt keçirə bilmədiklərini qeyd edib.
 
Uşaqların 36%-i isə bu günə qədər ən azı bir dəfə ana və ya atalarının telefonla məşğul olmalarını saxlamalarını istədiklərini bildirib.
 
Bu araşdırma bir xəbərdarlıqdır
 
Uşaqların suallara verdiyi cavablar, ana və atalarından gözləntilərini ortaya qoysa da, sorğuda iştirak edən valideynlərin 90%-i mobil telefonları ilə məşğul olmalarınln uşaqlarla ünsiyyətlərinə mane olmadığını deyir.
 
Araşdırmanı aparan Rəqəmsal Şüur təşkilatının qurucularından Emma Robertson valideynlərin digər bir probleminin isə uşaqların günün nə qədər hissəsini internetdə keçirdiklərini bilməmələri olduğunu bildirib. "Ümid edirəm ki, araşdırmamız valideynlər üçün bir xəbərdarlıq xarakteri daşıyacaq və uşaqları ilə həm internet, həm də sosial şəbəkə məsələlərini dərindən müzakirə edərlər", - deyə o bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/538631.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR