300-dən çox şagird məktəb yeməkxanasında zəhərləndi

300-dən çox şagird məktəb yeməkxanasında zəhərləndi
02:43 28 Aprel 2017
54 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın Ruan şəhərində 300-dən çox şagird məktəb yeməkxanasında nahar etdikdən sonra zəhərlənib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, insident 50-dək təhsil müəssisəsini əhatə edib. Qida məhsullarının 41 məktəb və 6 uşaq bağçasına eyni kombinatdan tədarük olunduğu məlum olub.

Səhhətində problemlər yaranan uşaqların bir hissəsinə yerindəcə tibbi yardım göstərilib, qalanları isə xəstəxanalara çatdırılıblar. Onların həyatının təhlükədə olmadığı bildirilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/196753.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR