Ən uzunayaqlı amerikalı qadın - FOTO

07:32 28 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Amerikalı tələbə Holli Bört 125 santimetrlik ayaqları ilə "Ən uzunayaqlı amerikalı" titulunu alıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 195 santimetrlik boyu olan Holliyədək bu titulu Texasdan olan 26 yaşlı Loren Uilyams daşıyıb. Lakin Bört 1 santimetrlik fərqlə rəqibinə qalib gəlib.

"Heç vaxt bu nəticəyə gələcəyimi gözləmirdim. Amma titulu aldığıma görə çox şadam", - deyə 20 yaşlı tələbə bildirib.
 
Uzun ayaqları gənc qıza artıq bir çox model agentliyi ilə müqavilə imzalamaq üçün şans da yaradıb. O, hələ məktəbdə oxuyarkən bir çox oğlanların onun ayaqlarına vurulduğunu söyləyib.

Qeyd edək ki, dünyada ən uzunayaqlı qadın kimi "Ginnesin rekordlar kitabı"na rusiyalı Svetlana Pankartova (132 santimetr) düşüb. O, rekordu 2003-cü ildə əldə edə bilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/539354.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR