Avropa qorxur...

07:37 28 Aprel 2017
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Elə təəssürat yaranır ki, sanki Avropa Şurası ilə Türkiyə arasında müəllim-tələbə münasibətləri var və Avropa Şurası bunlara özlərini necə aparmağı, daxili siyasətdə hansı addımlar atmasını diktə edir, təlimatlar verir. Bu, ilk növbədə son illərdə Avropada islamofob tendensiyaların güclənməsindən irəli gəlir. İkincisi, onlar Türkiyənin bundan sonra da inkişaf etməsindən narahatdırlar. Onlar hətta Türkiyə ilə Azərbaycan arasında da münasibətlərə də çox qısqanclıqla yanaşırlar. Çünki bu, onları qorxudur, narahat edir.

Milli.Az xəbər verir ki, bunu politoloq Fikrət Sadıqov AŞPA-nın Türkiyəyə qarşı monitorinqi bərpa etməsi qərarına münasibətində bildirib.

Politoloqun fikrincə, bu, daha çox siyasi təzyiq məqsədilə qəbul edilmiş qərardır: "AŞPA-nın 47 üzv dövlətindən 27-si həm də Avropa İttifaqının üzvüdür. Aİ-nin Türkiyəyə qarşı münasibətini də yaxşı bilirik. Onilliklərdir ki, onlar Türkiyəni üzvlüyə qəbul etmək istəmir, müxtəlif şərtlər irəli sürürlər. Məsələn, hərbçilərin cəmiyyətdə rolunu zəiflətməklə bağlı məsələni götürək. Türkiyə bunu elədi. Bundan əlavə, Türkiyədə kürd dilində danışmaq, qəzet, tele-radio kanalların açılmasını da elədi. Türkiyə bunu da elədi. Daha sonra Türkiyənin qoşunlarını Şimli Kiprdən çıxarmasını istədilər. Bundan sonra Türkiyə-Ermənistan sərhədlərinin açılması gündəmə gəldi. Tələb qoyuldu ki, münasibətləri düzəldib sərhədləri açmalısız, amma Türkiyə bunu etmədi. Ona görə də bu tendensiyalar güclü formada gündəmdədir. Türkiyəyə qarşı açıq şəkildə siyasi mübarizə gedir. Mən bu qərarı hüquqi yox, daha çox məhz siyasi qərar kimi qəbul edirəm".

F.Sadıqov hesab edir ki, Avropa-Türkiyə münasibətləri gərginləşməkdə davam edəcək: "Avropa ilə Türkiyə arasında münasibətlər hədsiz gərgindir. Əgər Fransada Marin Le Pen hakimiyyətə gəlsə, bu münasibətlər daha da gərginləşəcək. Ona görə də, Türkiyənin Avropa İttifaqına üzv olmasını da yaxın perspektivdə görmürəm".

Pünhan Mirzə

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/539404.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR