2025-ci ilədək Azərbaycanda neft hasilatı PROQNOZLARI

08:17 28 Aprel 2017
Ölkə mətbuatı
A- A+

2025-ci ilədək Azərbaycanda neft hasilatı ildə 38 milyon tonadək azala bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin strateji inkişaf və investisiya layihələri şöbəsinin rəisi Tariyel Mirzəyev deyib.

Onun sözlərinə görə, bu proqnozlar şirkət tərəfindən SOCAR və digər mənbələrə istinadən hazırlanıb.

O qeyd edib ki, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan boru kəmərlərinin ümumi buraxılış qüvvəsi 57,4 milyon təşkil edir ki, bu da Azərbaycana bu kəmərlər vasitəsilə Qazaxıstan və Türkmənistan neftini tədarük etməyə imkan verir.

Qeyd edək ki, 2016-cı ildə Azərbaycanda 41,03 milyon ton neft və qaz kondensatı hasil olunub. Bu, 2015-ci ilin göstəricisindən 1,5 faiz azdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/539349.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR