"Poqba, Xames Rodriqez və Balotelli ən çox şişirdilən futbolçulardır"

08:22 28 Aprel 2017
68 İdman
Ölkə mətbuatı
A- A+

İtaliya millisinin sabiq üzvü Antonio Kassano yerli mətbuata açıqlama verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli hücumçu qiymətləri şişirdilən həmkarlarını qeyd edib.

"Poqba, Xames Rodriqez və Balotelli ən çox şişirdilən futbolçulardır. Poqbanın qiyməti, həqiqətən, 120 milyon avrodur? Bəs, Xames 80 milyona dəyən oyunçudur? Mən belə düşünmürəm. Əgər bu qiymətlər düzdürsə, onda ən yaxşı vaxtlarında Andres İniestanın transfer dəyəri nə qədər olardı? Balotelliyə qalanda, ona uğurlar arzu edirəm. Marionun Fransada işləri pis getmir. Onun və Poqbanın həyatda bəxti çox gətirib. Hər ikisinin agenti Mino Rayoladır. O, bu futbolçulara inanılmaz imkanlar yaradır. Dünyanın ən güclü 3 futbolçusu? Messi ən yaxşıdır. Sonra İniesta gəlir. Xavi üçüncüdür. Bir də, özüm. Bəli, hələ cdə podiumda qalıram".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/539346.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR