Goranboyda mənzildən qızıl-zinət əşyaları oğurlanıb

Goranboyda mənzildən qızıl-zinət əşyaları oğurlanıb
08:57 28 Aprel 2017
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Goranboy. 28 aprel. REPORT.AZ/ Ötən gecə Goranboyun Qızılhacılı qəsəbəsində oğurluq hadisəsi baş verib.
"Report"un Qərb bürosu xəbər verir ki, oğurluq Ziya Abdullayevin evində qeydə alınıb.
İri dəmir parçası ilə qapını qırıb evə daxil olan şəxs və ya şəxslər mənzil sahibi Gülnar Abdullayevaya məxsus qızıl boyunbağı və 2 üzüyü oğurlayıblar. Abdullayevlər səhər saatlarında Yevlaxdan qayıdan zaman mənzilin qapısının sındırıldığını, otaqdakı əşyaların dağınıq olduğunu ngörüblər. G.Abdullayeva ikiotaqlı evin yalnız birinin hədəf seçildiyini deyir. Oğrular həyətdəki iti də vuraraq huşsuz vəziyyətə salıblar. Hadisə yerinə polis əməkdaşları baxış keçirib. Fakt araşdırılır.





Xəbərin orijinal ünvanı: https://report.az/hadise/goranboyda-menzilden-qizil-zinet-esyalari-ogurlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR