Azərbaycanın xarici işlər naziri Moskvada səfərdədir

Azərbaycanın xarici işlər naziri Moskvada səfərdədir
09:12 28 Aprel 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Moskva. 28 aprel. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə görüşdə iştirak etmək üçün Moskvada səfərdədir.
"Report"un Rusiya bürosunun məılumatına görə, E.Məmmədyarov Rusiyanın paytaxtına ötən gecə çatıb.
Bu gün Moskvada Dağlıq Qarabağ nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının görüşü olacaq. Görüş bağlı qapılar arxasında keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/azerbaycanin-xarici-isler-naziri-moskvada-seferdedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR