Tanınmış müğənni "qara siyahı"ya salındı

09:27 28 Aprel 2017
73 Dünya
Ölkə mətbuatı
A- A+

Tanınmış rusiyalı müğənni Valeri Leontyev işğal olunmuş Krımda verdiyi konsertlər səbəbindən Ukrayanın "Mirotvorets" saytının "qara siyahısı"na düşüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə sözügedən saytda dərc olunan bəyanatda deyilir.
Müğənni Ukraynanın dövlət sərhədlərini qanunsuz olaraq keçməkdə və işğal altında olan Krım ərazisində qanunsuz konsertlər verməkdə ittiham olunur.

"Mirotvorets" administrasiyası qeyd edir ki, müğənni 2014-cü ildən 2016-cı ilədək, xüsusilə Simferopol, Sevastopol, Sudak, Yalta, Feodosiya və Yevpatoriyada konsert proqramları ilə çıxış edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/539488.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR