Ucarda 50 yaşlı kişi özünü qatarın altına atıb

Ucarda 50 yaşlı kişi özünü qatarın altına atıb
09:32 28 Aprel 2017
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 aprel. REPORT.AZ/ Ucar rayonunda intihara cəhd hadisəsi baş verib.
"Report"un Şirvan bürosunun xəbərinə görə, Ucar şəhər 20 yanvar küçəsində yaşayan 1967-ci il təvəllüdlü Adil Mirələkbər oğlu Piriqafarov özünü rayon ərazisində dəmir yol xəttində hərəkətdə olan qatarın alıtına atıb.
A.Piriqafarov "Təcili yardım" maşını ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Xəstəxanadan "Repot"a bildirilib ki, cərrahiyyə şöbəsinə yerləşdirilən xəstə dərhal əməliyyat  edilib, onun ayağının biri amputasiya olunub. Hazırda xəstənin vəziyyəti orta-ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/ucarda-50-yasli-kisi-ozunu-qatarin-altina-atib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR