Səhv şəkil paylaşdı, cəzalanacaq - FOTO

09:37 28 Aprel 2017
47 İdman
Ölkə mətbuatı
A- A+

"Yuventus"un kolumbiyalı futbolçusu Xuan Kuadrado sosial şəbəkədə paylaşdığı şəkillə diqqət mərkəzinə düşüb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, futbolçu şəxsi "instaqram" hesabında "Yuventus" formasında fotosunu yayımlayıb.

Ancaq məsələ ondadı ki, Kuadradonun əynindəki formanın üzərində klubun bir müddət öncə təqdim edilmiş yeni loqosu var. Yarımmüdafiəçi şəkli paylaşdıqdan bir qədər sonra onu silib. Bu da onu deməyə əsas verir ki, Kuadrado səhvən "Yuventus"un yeni mövsüm üçün nəzərdə tutulmuş formasını klubdan öncə tanıdıb. Onun paylaşımı məhz klub rəhbərliyinin göstərişi ilə sildiyi güman olunur.
 
İtaliya mətbuatında çıxan xəbərlər isə onun komandadan kənarlaşdırılacağını deyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/539484.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR