ABŞ-ın dövlət katibi: “Rusiyaya səfərim zamanı heç nəyi həll etmədik”

ABŞ-ın dövlət katibi: “Rusiyaya səfərim zamanı heç nəyi həll etmədik”
09:57 28 Aprel 2017
67 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 aprel. REPORT.AZ/ “Biz bu görüşdə heç nəyi həll etmədik”.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson Rusiyaya səfəri ilə bağlı “NPR” radiosuna müsahibəsində bildirib.
“Rusiya müəyyənləşdirməlidir ki, qlobal dünyanın müsbət, yoxsa dağıdıcı hissəsi olmaq istəyir”, - deyə o, vurğulayıb.
Qeyd edək ki, Reks Tillerson aprelin 12-də Moskvada səfərdə olub. O, Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşüb.

Xəbərin orijinal ünvanı: https://report.az/region/abs-in-dovlet-katibi-rusiyaya-seferde-hec-neyi-hell-etmedik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR