Özünü Beynəlxalq Bankın qarşısında yandırmaq istədi

Özünü Beynəlxalq Bankın qarşısında yandırmaq istədi
10:09 28 Aprel 2017
64 Digər
Ölkə mətbuatı
A- A+

 

Bakıda intihara cəhd olub.

 

 

Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Azərbaycan Beynəlxalq Bankının əsas ofisinin qarşısında əlində bir qab yanacaq olan Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Emil Natiq oğlu Əliyev özünü yandıracağını bildirib. Hadisə yerinə polis əməkdaşları gəlib. E. Əliyevdə aparılan profilaktiki söhbət nəticəsində onu fikrindən yayındırmaq mümkün olub.

 

 

Polisdən verilən məlumata görə, E. Əliyev dələduzluqla üzləşdiyi üçün canına qəsd etmək istəyib. Artıq onun şikayəti əsasında polisdə təhqiqat araşdırmasına başlanıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273297

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR