FİFA referisi “Bakı Marafonu 2017”də iştirak edəcək

FİFA referisi “Bakı Marafonu 2017”də iştirak edəcək
10:17 28 Aprel 2017
83 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 28 aprel. REPORT.AZ/ “Bakı Marafonu 2017”də Azərbaycanın beynəlxalq dərəcəli futbol hakimi Əliyar Ağayev də iştirak edəcək.
“Report”un AFFA-nın rəsmi “Facebook” səhifəsinə istinadən verdiyi məlumata görə, FİFA referisi marafona fəxri iştirakçı kimi qatılacaq. Yarışda assosiasiyanın 200 nəfərə yaxın əməkdaşının iştirak edəcəyi bildirilir.
Daha əvvəl millət vəkili Fuad Muradov, yunan-Roma güləşi üzrə olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov, cüdo üzrə olimpiya mükafatçısı Rüstəm Orucov, Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov, əməkdar artist Tünzalə Ağayeva, teleaparıcı Nuran Hacı, “Bu şəhərdə”nin üzvləri – Rafael İsgəndərov, Coşqun Rəhimov, Müşviq Abbasov, “Eurovision 2011” mahnı müsabiqəsinin qalibi Nigar Camal, müğənni Gülay Zeynallı və bir sıra tanınmış şəxslər “Bakı Marafonu 2017”də iştirak edəcəklərini təsdiqləyiblər.
Qeyd edək ki, aprelin 30-da keçiriləcək “Bakı Marafonu 2017” saat 10:00-da start götürəcək. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ikinci dəfə keçiriləcək marafon Dənizkənarı Bulvar İdarəsi və Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunacaq. Layihənin icrasını isə SMG şirkəti həyata keçirir.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/fi-fa-referisi-baki-marafonu-2017-de-istirak-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR