Tibb ictimaiyyətinin nümayəndələri akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad ediblər

10:22 28 Aprel 2017
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü tamam olur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu münasibətlə səhiyyə naziri Oqtay Şirəliyev başda olmaqla tibb ictimaiyyətinin nümayəndələri aprelin 28-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarı önünə əklil qoyublar.

Sonra ziyarətçilər görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edərək, məzarı üzərinə tər çiçəklər düzüblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/539522.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR