Putin Abe ilə nəyi müzakirə etdi?

Putin Abe ilə nəyi müzakirə etdi?
10:23 28 Aprel 2017
59 Dünya
Ölkə mətbuatı
A- A+

Politoloqlar Rusiya prezidenti Vladimir Putinlə Yaponiyanın baş naziri Sindzo Abe arasında danışıqları yüksək qiymətləndirib.

Publika.az xəbər verir ki,Yaponiyanın birinci katibi Yesixide Suqa mətbuata açıqlamasında danışıqların gözlənildiyindən daha məhsuldar keçdiyini deyib.

O, mətbuat konfransında liderlər arasında 3 saata yaxın gedən danışıqlarda ikitərəfli sülh münasibətləri istiqamətində irəliləyişlər olduğunu qeyd edib: "Sıx və səmimi danışıqlar aparan liderlər həm də Yaponiya və Kuril adalarında hər iki ölkənin iş adamları üçün iqtisadi fəaliyyət və biznes imkanlarının yaradılması istiqamətində də razılaşmaya nail olublar."

Xatırladaq ki, Putinin Sindzo Abe ilə görüşü bir gün əvvəl Moskvada baş tutub.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/196775.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR