Telman İsmayılov sifarişli qətllərdə ittiham olunur: biznesmenlər, qanuni oğru...

Telman İsmayılov sifarişli qətllərdə ittiham olunur: biznesmenlər, qanuni oğru...
10:34 28 Aprel 2017
122 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı milyonçu Telman İsmayılov 8 nəfərin sifarişli qətlində ittiham olunan mütəşəkkil cinayətkar qruplaşmanın işi üzrə istintaqda fiqurantlardan biridir. Lent.az-ın məlumatına görə, bu barədə Rosbalt agentliyi xəbər yayıb.

Agentliyin Rusiya hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumatına görə, bu barədə kriminal qruplaşma üzvlərindən biri istintaqa ifadəsində bildirib.

Qruplaşma üzvü Harri Belotserkovski istintaqa ifadəsində İsmayılovun sifarişli qətllərdə əli olduğunu açıqlayıb. O bildirib ki, İsmayılov və qardaşları Rafiq və Vaqif 2010-2016-cı illərdə səkkiz  nəfərin qətlini sifariş veriblər. Qətli sifariş verilənlərin əksəriyyəti iş adamlarıdır. Belotserkovski bir vaxtlar Moskvada fəaliyyət göstərən Koptevsk krimnal briqadasının lideri qanuni oğru Andrey Lobanovun da qətlinin İsmayılovlar tərəfindən sifariş verildiyini bildirib.

Artıq neçə vaxtdır ki, Telman İsmayılovun qardaşı Rafiq İsmayılov həbsdədir. Onun digər qardaşı Vaqif isə beynəlxalq axtarışa verilib. Oliqarxın özü isə Türkiyədədir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273305

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR