Yumurtanın qabığını atmayın, yeyin

Yumurta qabığını atmaq yerinə yeməyə nə deyirsiniz?

Metbuat.az xəbər verir ki, yumurta qabığı kalsiumla zəngindir. Tərkibində 95 faiz kalsium karbonat var. Yalnız bir ədəd yumurtanın tərkibində 2 qram kalsium var. Ancaq yumurta qabıqlarını çiy istifadə etməməlisiniz.

Yumurta qabığını bakteriyalardan təmizləmək üçün qaynatmaq, ardınca 93 dərəcə temperaturda 10-15 dəqiqə sobada bişirmək lazımdır. Sobadan aldığınız qabıqları toz halına gələnə qədər üyüdün. Üyüdülən yumurta qabıqlarını una qarışdıra və bu undan çörək, pitsa, makaron hazırlaya bilərsiniz. Yumurta qabığı sümük əriməsinə, boru tıxanmasına qarşı əvəzsiz vasitədir. Qaşıntılara faydalıdır. Uşaqlarda raxit və anemiya zamanı əsas müalicə ilə paralel olaraq verilən yumurta qabığı çox yaxşı kömək edir.

Böyüklərdə qəbizlik, damaqların qanaması, əsəbilik, dırnaqların kövrək olması və tez qırılması, karies, osteoporoz zamanı və bu xəstəliklərin və pozulmaların profilaktikası üçün yumurta qabığı uğurla istifadə oluna bilər. Ondan müxtəlif üz maskalarının hazırlanmasında da istifadə olunur.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR